1 Aprel 2026 / 20:38

Qırğızıstanın Baş naziri Azərbaycana gəldi

Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Azərbaycana səfərə gəlib.

Tezadlar.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, A.Kasıməliyev aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!