Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabildir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrində yay tətili səbəbindən məktəblilər arasında təmas azaldığından xəstəliklərin yayılma riski aşağıdır, hava-damcı infeksiyalarında azalma müşahidə edilir.
“Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm də vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd edilib.