28 Fevral 2023 / 11:09

QOBUSTAN RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA BAŞ VERƏNLƏRLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANIB

Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, araşdırma zamanı publik hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!