Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistan və Əfqanıstan mövcud atəşkəs rejiminin Dohada planlaşdırılan danışıqlar başa çatana qədər uzadılması barədə razılığa gəliblər.
Tezadlar.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Bildirilir ki, Pakistan nümayəndə heyəti artıq Dohadadır, Əfqanıstan nümayəndələrinin isə şənbə günü, oktyabrın 18-də Qətərin paytaxtına gedəcəyi gözlənilir.
Qeyd edək ki, iki qonşu ölkə arasında münasibətlər zaman-zaman gərginləşir və sərhəd bölgəsində silahlı toqquşmalar baş verir.