23 Sentyabr 2025 / 11:59

Qonşunun xəstə qızının şəklini fb-də paylaşıb pul yığdı, amma burnundan gəldi!

Bakının Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz sosial şəbəkələrdə paylaşaraq ianə toplayan şəxs tutulub.
Tezadlar.az bildirir ki, araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Burnundan gəlməli idi, gəldi…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!