Sosial mediada Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında, otelində işləyən bir neçə nəfərin şikayəti yayımlanıb. Məlum olur ki, onlar öhdələrinə düşən işi görüb bitiriblər, amma hələ də pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib. Məsələ ilə bağlı sitatinfo.az-ın müxbiri deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışıb. Deputat isə kobud cavab verərək, jurnalisti hədələyib. Sitat: “Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar…”.
Sosial şəbəkə istifadəçiləri isə yazır: “Görünür, bu deputat mandatından istifadə edib, qoçuluq etməyə çalışır. Əlibala Məhərrəmzadə medianın nə demək olduğunu anlamır. Mətbuatın da vətəndaşların şikayətlərini işıqlandırdığından xəbərsizdir. Media nümayəndəsi ilə necə danışacağını hələ öyrənməyib. Ustalara göndərdiyi səs yazılarını dinlədikdən sonra, bu hərəkətləri qəribə gəlmədi. Söyüşün biri bir qəpik…”.
Sitatın sonu…