27 Avqust 2025 / 09:38

Qurban Yetirmişli özünü yetirdi: “Narahat olmayın…”

“Hər gün təkanlar olur, ötən gecə Azərbaycanda da hiss olunan zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mediaya açıqlamasında belə deyib. Sitat: “Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib. Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün hiss olunub. Təki həmişə belə zəlzələ olsun. Hər gün zəlzələ olur. Qonşu ölkələrdə – Gürcüstan, Ermənistan, İranda, eyni zamanda Xəzər dənizində təkanlar var. Bunların hiss olunması normaldır”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ Azərbaycanda 3-4 bala qədər hiss olunub. Təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!