1 Oktyabr 2023 / 12:15

RƏSMİ BAKI TÜRKİYƏDƏ BAŞ VERƏN TERRORU QƏTİ PİSLƏYƏN BƏYANAT VERİB

“Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik”.

Tezadlar.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında yer alıb. Sitat: “Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”.

Bu məlumat  Azərbaycan XİN-in paylaşımında qeyd edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!