Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Hindistan və Pakistan arasında nüvə müharibəsinin baş verməyəcəyini düşünür.
“Təzadlar” xəbər verir ki, bu barədə o, Moskvada keçirilən Ümumdünya Atom Həftəsi forumunda BAEA-nın regionda təhlükəsizliyin yaxşılaşdırılması üçün nə edə biləcəyi ilə bağlı sualı cavablandırarkən danışıb.
“Siz iki ölkə arasında baş verə biləcəklərdən, o cümlədən nüvə müharibəsindən danışırsınız. Məncə, bu, ağlasığmazdır”, – o deyib.
Qrossi qeyd edib ki, iki ölkə arasında bütün gərginliklərə baxmayaraq, belə bir ehtimalın qarşısını almaq üçün hər cür səy göstərilir.