Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

27 fevral tarixi Ramazan ayının doqquzuncu günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, fevralın 27-də imsak vaxtı saat 06:09-da, iftar vaxtı isə 19:09-dadır.
Fevralın 27-nə olan namaz vaxtları:
● Sübh azanı 06:18;
● Zöhr azanı 13:14;
● Məğrib azanı 19:09.
Ramazanın doqquzuncu günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.
Tərcüməsi: “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”
İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!