10 Oktyabr 2025 / 12:34

Ramil Həsənin deputat kimi fəaliyyəti dayandırıla bilər

Milli Məclisin üzvü Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

Tezadlar.az  xəbər verir ki, bu barədə millət vəkili parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.

Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verəcək.

Xatırladaq ki, R.Həsən iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında Baş katib seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən başlayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!