Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bu tarixin ibrət dərsidir, amma başa düşənlər üçün! Beləliklə, Prezident Administrasiyasına uzun illər rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu barədə vəkil Pərviz Məmmədov məlumat yayıb. Tezadlar.az xatırladır ki, vəkilin sözlərinə görə, R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələriylə ittiham verilib.