29 Oktyabr 2025 / 16:33

Ramiz Mehdiyevi öyənlər və söyənlər: Akif Əlizadə

 …Yüksək fitri istedad tək-tək şəxsiyyətlərə qismət olur. Söhbət şöhrətli alim, böyük ictimai xadim, dəyərli insan, akademik Ramiz Mehdiyevdən gedir. Mən Ramiz Ənvər oğlu Mehdiyevi 60-cı illərdən, hələ sovet dövründə respublika komsomolunda onunla birgə çalışdığımız vaxtdan tanıyıram. Mübaliğəsiz deyə bilərəm ki, Ramiz Mehdiyev olduqca çətin, mürəkkəb və keşməkeşli həyat yolu keçmişdir. Fəlsəfə elminə hədsiz həvəs göstərən Ramiz Ənvər oğlu həyatı boyu elmi axtarışlarda olmuş və yeni-yeni nailiyyətləri ilə həmişə elmi ictimaiyyətimizi sevindirmişdir. Fərəhli haldır ki, bu gün Ramiz Mehdiyev ölkəmizdə fəlsəfə elminin canlı klassiklərindən biridir. O, bu elmin aparıcı siması olub akademiklik zirvəsinə ucalmışdır.

Onun fəlsəfə sahəsindəki çox qiymətli və dəyərli kitabları filosof-alimlərin hədsiz marağına səbəb olmuşdur. Ramiz Mehdiyevin əsərlərində bugünkü demokratik cəmiyyətdən, bu cəmiyyətdə gedən ictimai proseslərin mahiyyətindən, ulu öndər Heydər Əliyevin zəngin irsinin araşdırılmasından və Azərbaycanda dövlət quruculuğunun mühüm məsələlərindən bəhs edilir. Onun elmi yaradıcılığında ölkəmizin demokratiya yolunda əldə etdiyi nailiyyətlər, iqtisadiyyatmızın bugünkü yüksək inkişaf səviyyəsi, islahatlann həyata keçirilməsi məsələləri mühüm yer tutur. Bugünkü təhsilimizin inkişaf yolları, savadlı gənc nəslin yetişdirilməsi, yüksək səviyyəli kadrların hazırlanması məsələləri də alimin diqqətindən kənarda qalmır. Sevindirici haldır ki, dünyanın bir çox görkəmli mütəxəssisləri akademik Ramiz Mehdiyevin əsərlərində qaldırılan problemlərə öz münasibətlərini bildirmiş və onları yüksək qiymətləndirmişlər. Akademik Ramiz Mehdiyev uzun illərdir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri kimi çox məsul vəzifədə çalışır.

Onun bilavasitə rəhbərliyi ilə respublikamızda 70 Biblioqrafiya siyasi-elmi əhəmiyyət daşıyan beynəlxalq tədbirlər keçirilmişdir. Heydər Əliyev məktəbinin ən sadiq tanınmış nümayəndələrindən biri olan Ramiz Mehdiyev müstəqillik illərində dövlətçiliyin qurulması və inkişafında böyük xidmətləri vardır. Akademik Ramiz Mehdiyev olduqca işgüzar, zəhmətsevər, yorulmaq bilməyən bir insandır. Onun fikri daim elmi axtarışlarda, qəlbi isə Vətənimizin tərəqqisi, yüksəlişi və azadlığı arzusu ilə döyünməkdədir. Görkəmli fılosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi akademik Ramiz Mehdiyev həm də olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətdir. “Əvət! Ancaq mübarizə mənlik verir hər millətə, Nəşə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə Hər yurdu çatdıran odur özlədiyi səadətə, Odur ancaq qovuşduran insanları məhəbbətə!” “Qərbə səyahət” (Hüseyn Cavid) Akademik Ramiz Mehdiyevə dövlətimizin, elmimizin şərəfli yollarında və tutduğu məsul vəzifədə yeni-yeni uğurlar arzulayıram.

Akif ƏLİZADƏ,

Akademik

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!