Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Akademik Ramiz Mehdiyev müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli Heydər Əliyevin ən yaxın silahdaşı, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da möhkəmləndirilməsində xüsusi xidmətləri olan dövlət adamı və böyük filosof alimdir.
Ramiz Mehdiyev Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkişafı ilə bağlı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin olduğu danılmazdır. Dövrün şərtləri çərçivəsində fəaliyyət göstərərək istiqlal ideyamızı boğulmağa qoymayan milli ruhlu dövlət xadimlərimizə bugünkü və gələcək nəsillər borcludur. 1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi. Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindən vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet dövlət və partiya xadimlərinin xalqın içərisində görünməyə cürət edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmuşam.
Bunu yalnız bütün varlığı və fəaliyyəti ilə xalqına qəlbən bağlı olan dövlət adamı edə bilər. Ramiz müəllim mənə həmişə sadə, səmimi və mehriban bir insan təsiri bağışlamışdır. Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəşəm olmasına çalışan bir dövlət adamı kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan və mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə güclü müstəqil dövlət quruculuğu siyasətinin həyata keçirilməsində əsas simalardan olan Ramiz Mehdiyevə uzun ömür, möhkəm cansağlığı, dövləti fəaliyyətində və elmi yaradıcılığında uğurlar arzulayıram.
Musa QASIMLI,
tarix elmləri doktoru,
AMEA-nm müxbir üzvü