11 İyul 2023 / 04:34

ƏRDOĞAN İSVEÇİN NATO-YA QƏBULUNA BU ŞƏRTLƏ RAZI OLDU

Uzun müzakirə və təkidlərdən sonra Türkiyə prezidenti Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu ən qısa zamanda ratifikasiyaya təqdim etməyə razılaşıb.

Tezadıar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyə, İsveç, NATO danışıqlarından sonra alyansın baş katibi Yens Stoltenberq bildirib.  Hansı ki, tərəflər arasında görüş NATO-nun Vilnüs sammiti çərçivəsində baş tutub.

Türkiyə isə terrorçuları dəstəkləyən ölkə olaraq İsveçin qarşısına bu barədə öhdəlik qoymuşdu…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!