“…Prezident Fərmanından bir neçə gün sonra Şərif Ağayar bu əxlaqsız, tərbiyyəsiz statusunu yazmaqla kimə meydan oxumaq istədi, görəsən? Nə demək istədi bununla?”
…Şərif Ağayarın böyük qalmaqal yaradan statusuna birinci yazımda bir qədər fərqli cavab yazdım. Açığını deyim ki, kiməsə bu tonda, bu formada cavab vermək adətimcə deyil. Yaxınlarım, doğmalarım, hörmət etdiyim insanlar da məni tənbeh etdilər ki, bu səviyyəyə enməyə ehtiyac yoxdur. Ən çox da Rəşidə xanım tərəfindən tənqid olundum…
Bəzi dostlarım, yaxınlarım Şərif Ağayarın sərsəmələrinə əhəmiyyət verməməyi məsləhət gördülər, necə deyərlər, bir-iki gün danışılacaq və unudulacaq. Əhəmiyyət verməyə bilərdim. İlk baxışdan boş, mənasız, sərxoş vəziyyətdə yazılmış hədyanlara bənzəyir. Ancaq dərindən baxanda, bu heç də belə deyil. Statusumda Polad Bülbüloğlu ilə Şərif Ağayarın şəkillərini yanaşı görüb təəccüblənirsiniz yəqinki. Heç də təəccüblənməyin. Hər şeyin izahı olduği kimi, bunun da izahı var. Milli mənəvi dəyərlərimizi, minillik mədəni abidələrimizi, görkəmli mədəniyyət xadimlərimizi hər yerindən duran aşağılayır, təhqir edir, ağzına gələni deyir, yazır, amma bizim çəpik çala-çala yuxarı başa keçirtdiyimiz, deputat etdiyimiz (özü də Şuşadan), hələ üstəlik Milli Məclisin Mədəniyyət Komitəsinin sədri etdiyimiz Polad Bülbüloğlu, sanki heç bu ölkədə yaşamır. Bir dəfə də olsun bu adam səsini çıxartmadı, sədri olduğu Mədəniyyət Komitəsinin iclasını çağırıb məsələ qaldırmadı ki, biz qanunverici orqan olaraq nə edək, mədəniyyətimizi, milli dəyərlərimizi belə böhtanlardan, təhqirlərdən necə qoruyaq. Axı deputatlıq, Komitə sədrliyi yalnız imtiyazlardan, işıqlı, qışda isti, yayda sərin kabinetdən, katibədən, köməkçilərdən, hökumət telefonundan, xidməti maşından, uşaqlarını və qohum-əqrabanı yaxşı işə düzəltməkdən, yüksək məvacib almaqdan ibarət deyil. Polad Bülbüloğlunun təmsil olunduğu, hətta rəhbərlik etdiyi mədəniyyətimiz çirkaba bulaşdırılır, alçaldılır, təhqir edilir, o isə heç nə olmamış kimi tədbirlərdə şəkil çəkdirməklə məşğuldur. İnanın ki, o tədbirlərdə foto, video kameralar olmasa Polad Bülbüloğlunu ora heç zorla da aparmaq mümküm olmayacaq. Şəkil çəkdirməyi çox sevir…
Amma milləti, xalqı, mədəniyyətimizi, mədəni irsimizi, dəyərlərimizi ağzı göyçəklərdən müdafiə etməyə gələndə Polad Bülbüloğlu qeybə çəkilir. Çıraqla da axtarsan tapa bilməzsən. Niyə? Axı Milli Məclisin Mədəniyyət Komitəsi təşəbbüslə çıxış edə bilər, təkliflər hazırlaya bilər, söz azadlığığının sərhədlərini müəyyən etmək üçün mütəxəsdisləri dəvət edib layihə hazırlayaraq Milli Məclisin müzakirəsinə çıxara bilər. Ən azından sədri olduğu Komitənin adından bəyanat verə bilər. Bunları etmək əvəzinə isə özünü görməməzliyə vurmağa üstünlük verilir…
Şərif Ağayarın çirkab dolu statusunu ilk oxuyanda bir az şaşırdım. Çünki, bir neçə gün ondan əvvəl Azərbaycan Respublilasının Prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavələri imzalayaraq təsdiqlədi. “Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar…
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2025-ci il”.
***
Bu dəyişikliklər Azərbaycan Respublikası “Qanunlar Toplusuna” əlavə edildi. Sənəd 30 dekar 2025-ci ildə imzaıandı, 15 yanvar 2026-cı oldə mətbuatda dərc olunmaqla qüvvəyə mindi. Prezident Fərmanından bir neçə gün sonra Şərif Ağayar bu əxlaqsız, tərbiyyəsiz statusunu yazmaqla kimə meydan oxumaq istədi, görəsən? Nə demək istədi bununla? Bundan sonra ağzına gələni yazmağa qoyulan qadağalaramı etiraz edir, ya yenicə qüvvəyə minmiş qanunu vecinə almadığınamı işarə edir?.. Məncə, Şərif Ağayar çirkab dolu statusu yazanda yəqin ki, bu Fərmandan xəbəri olmayıb, başı “qarışıq” olub. O bunu bir neçə gün əvvəl yazmalı idi…
Bu statusu niyə yazdı Şərif Ağayar? Nə idi məqsədi? Kim sifariş vermişdi?
Bütün bunlar haqqında növbəti yazıda oxuya bilərsiz.
(Davamı var)
Kamil Şahverdiyev,
Rəşid Behbudov Fondunun direktoru
P.S. Şərif Ağayar xalqdan milli irsimiz, mədəni sərvətlərimiz, dəyərlərimiz haqqında yazdığı təhqirlərə görə üzr istəməlidir. Təklif edirik ki, çox yubatmasım. Məsələni geridönməz həddə çardırdıqdan sonra gec olacaq. Bunu xoşluqla etməsi məsləhətdir. İstənilən halda bu baş verəcək. Ya xoşluqla, səhv etdiyini anlayaraq, ya da məcburi qaydada. Xalqımız səhvini anlayıb üzr istəyənin günahlarını bağışlamağa qadirdir xalqdır. Mövcud qanunlar çərçivəsində üzr istəməyə məcbur edildikdə isə, o üzr sadəcə, bir prosedur qaydası olacaq. Bu halda İnsanlar onun etdiyini heç zaman unutmayacaq…