Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Dekabr 2025 / 14:27

“Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır…”

“Azərbaycan 2022-ci ildən bəri humanitar yardım, yenidənqurma işlərində iştirak, ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla, Ukraynaya 40 milyon dollardan çox dəstək göstərib”. Tezadlar.az xatırladır ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today”ə müsahibəsində bildirib. O, deyib ki, ukraynalı uşaqların reabilitasiya proqramı davam edir. Hikmət Hacıyev Azərbaycanın Ukrayna münaqişəsinin hərbi komponentində yer almadığını və gələcəkdə də iştirak etməyəcəyini vurğulayıb. Hikmət Hacıyev sanksiyalar məsələsində rəsmi Bakının ayıq-sayıq olduğunu bildirib və Azərbaycanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı iddiaları təkzib edib. Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət həcmi də 2022-ci ildən bəri ciddi şəkildə artmayıb. Hikmət Hacıyev Ermənistanın Rusiya ilə ticarət həcminin artmasına diqqət çəkib və bu ticarətin yeni sənaye məhsullarına əsaslanmadığını və “yenidən ixrac edilmə” olduğunu vurğulayıb.

H.Hacıyev əlavə edib: “”Ermənistan “Mercedes” və ya “Apple” istehsal etmək qabiliyyətində deyil”!.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!