4 Sentyabr 2025 / 08:30

Rəsmi Moskva da ATƏT-in Minsk Qrupunun fatihəsini verdi

Artıq Rusiya Federasiyası da ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun fəaliyyətinə son qoymaq qərarını əsaslı hesab edir. Tezadlar.az “ORT- yə istinadla xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Zaxarova deyib ki, Moskva digər ATƏT üzvləri ilə yanaşı, konsensus əsasında qəbul edilən bu qərarın qəbulunda iştirak edib: “Düşünürük ki, bu addım bölgədəki vəziyyətin köklü şəkildə dəyişməsi fonunda əsaslı və ədalətlidir”. Zaxarova onu da əlavə edib ki, Minsk institutlarının fəaliyyətinin dayandırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsus olub.

Xatırladaq ki, sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilib.

Beləliklə, ATƏT- İN ADI ÇƏKİLƏN QURUPUNUN Qarabağda 30 illik yeyib- içmə və istirahət kampaniyasına son qoyuldu.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!