13 Oktyabr 2025 / 16:54

Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda! Bəs özü?

 Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. Tezadlar.az xatırladır ki, bu barədə R.Quliyevin qızı Xanım Hənna özünün sosial platformasında məlumat verib. Məlumatda qeyd edilir ki, ailə səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə başlayıb. Eks-spikerin qızı ardınca Şəhidlər Xiyabanına gedib, şəhidlərin xatirəsini yad ediblər. Paylaşımdan sitat: “Dünyanın öndə olan paytaxt şəhərlərindən bizim paytaxtımız heç də geri qalmır. Başda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürümüzü bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq…”.
Maraqlıdır, bəs Rəsul Quliyev nə vaxt Azərbaycana gəlmək fikrindədir? Bu barədə onun sosial şəbəkə hesabına sorğu da göndərdik, amma hələki cavab yoxdur.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!