22 Mart 2026 / 18:00

RM ART Studioda Novruz şənliyi keçirildi

RM ART Studioda Novruz Bayramına həsr olunmuş əl işlərindən ibarət möhtəşəm sərgi-şənlik təşkil olundu. Tədbir baharın gəlişini, milli adət-ənənələrimizi və gənc istedadların yaradıcılığını bir araya gətirdi.

Sərgini giriş sözü ilə açan ADPK-nin müəllimi, studionun rəhbəri Rəsmiyyə Mahmudova qonaqları salamladı və sözü fəxri qonaq – Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım RM ART Studionun uğurlu fəaliyyətindən, yerli və beynəlxalq sərgilərdə fəal iştirakından danışaraq kollektivin gələcək nailiyyətlərinə inamını ifadə etdi. O, həmçinin Heydər Əliyevin anadan olmasına həsr olunmuş vətənpərvərlik mövzulu etüdlərdə studio üzvlərinin iştirakını yüksək qiymətləndirdi.

artstudtort

Daha sonra söz Yeganə Telmanqızına verildi. O, studioda keçirilən dərslərin əhəmiyyətindən, tələbələrin qəbul imtahanlarında yüksək nəticələr göstərməsindən bəhs etdi.

Tədbir bayram süfrəsi ətrafında davam etdi. Novruz personajları – Bahar qız, Keçəl və Kosa öz məzəli tamaşaları ilə uşaqlara və böyüklərə bayram ovqatı bəxş etdilər.

Sonda RM ART Studio adından iştirakçılara diplom və hədiyyələr təqdim olundu, xatirə fotoları çəkildi. Bu tədbir həm gənc istedadların yaradıcılıq bacarıqlarını nümayiş etdirdi, həm də milli-mənəvi dəyərlərimizi yaşatdı.

adku bq

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!