Cəmiyyət
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vatikan Roma Papası Fransiskə məxsus iki güc simvolunun ləğvi prosesini aparıb.
“Tezadlar.az” xəbər verir ki, bu haqda Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni brifinqdə bildirib.
Söhbət qurğuşun möhürü və “Balıqçı üzüyü”ndən gedir. Ənənəvi olaraq, papalar apostol məktublarını imzalayarkən onlardan istifadə edirdilər.
Papa hakimiyyətinin iki simvolunun ləğvi kardinalların sonuncu ümumi yığıncağında baş tutub. Bu prosedur Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsindən əvvəl aparılır.