Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rostov vilayətində pilotsuz uçan aparatların hücumu nəticəsində 9 fərdi ev, o cümlədən avtomobil və yardımçı tikililərə ziyan dəyib.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar öz Telegram kanalında məlumat verib.
“Kamenskdə 9 fərdi yaşayış evi, 5 minik avtomobili və yardımçı tikililərə ziyan dəyib. Bələdiyyə ziyan dəymiş evlərin ünvanlarında fövqəladə vəziyyət elan edib. Dəymiş ziyanın miqyasını müəyyən etmək üçün qapı-qapı gəzintiləri davam edir. Xüsusi komissiya işləyir”, – o yazıb.
E.ŞİRİNOV