19 Sentyabr 2025 / 23:26

Ruanda Prezidenti Pol Kaqame Azərbaycana gəlib

Ruanda Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

“Təzadlar” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ruanda Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!