Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Milli Texnologiya Hərəkatı həm ölkəmizin, həm də dost və qardaş ölkələrin tam müstəqilliyinin ən güclü təminatıdır” – Bayraktar
***
Rumıniya “Bayraktar TB2″ni inventarına daxil edən ölkələr siyahısına qoşulub.
TEZADLAR.AZ xəbər verir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Twitter” hesabında etdiyi paylaşımda bildirib.
“Milli Texnologiya Hərəkatı həm ölkəmizin, həm də dost və qardaş ölkələrin tam müstəqilliyinin ən güclü təminatıdır. Bu ixracatla Türkiyə ilə Rumıniya arasındakı əlaqələr daha da güclənəcək”, – deyə o qeyd edib.
Türkiyənin müdafiə sənayesi sahəsində göz bəbəyi sayılan “Bayraktar TB-2” PUA-lar ixrac uğurlarını davam etdirir.
“Rumıniya yüksək texnologiyalı #BayraktarTB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşuldu”, – deyə Haluk Bayraktar bildirib.
trt