Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva İrəvandan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Nizamnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı aydınlıq gətirməsini istəyib və Ermənistan tərəfinin cavabı əsasında tədbirlər görəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz artıq Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirməsini xahiş etmişik və İrəvanın cavabının məzmununa əsasən növbəti addımlarımızı müəyyən edəcəyik”, – diplomat Ermənistan hakimiyyətinin hərəkətlərini şərh edərkən bildirib.
E.ŞİRİNOV