Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın Kupyansk istiqamətində “Qərb” qüvvələri qrupunun hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum qruplarının hücumlarını dəf edərkən 140-dan çox yaraqlını məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Düşmən 140-dan çox hərbi qulluqçusu, iki zirehli döyüş maşını və iki minik avtomobilini itirib”, – deyə Müdafiə Nazirliyi bildirir.
Dəqiqləşdirilir ki, Xarkov vilayətinin Sinkovka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 30, 32 və 44-cü mexanikləşdirilmiş briqadalarının üç hücumu dəf edilib.
Həmçinin yanvarın 30-da məlum olub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin yanacaq anbarını və Almaniyanın IRIS-T zenit-raket kompleksinin radiolokasiya stansiyasını vurub.
E.ŞİRİNOV