5 Sentyabr 2023 / 06:23

RUSİYANIN QARABAĞDA 3-CÜ DƏFƏ DƏYİŞƏN KOMANDANI- SƏBƏB

Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı yenə dəyişdirildi…

Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib. Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.

“Təzadlar” xatırladır ki, bu Rusiya Sülhməramlıların iki ilyarımlıq fəaliyyətində 3-cü komandan dəyişikliyidir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!