Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri üzərində 121 Ukrayna PUA-sını tutub məhv edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Ötən gecə ərzində həyəcan siqnalı ilə hava hücumundan müdafiə sistemləri 121 Ukrayna stasionar qanadlı pilotsuz uçuş aparatını tutub məhv edib: 20-si Rostov vilayəti üzərində; 19-u Volqoqrad vilayəti üzərində; 17-si Bryansk vilayəti üzərində; 12-si Kaluqa vilayəti üzərində; 11-i Smolensk vilayəti üzərində; 9-u Belqorod vilayəti üzərində və 9-u Moskva vilayəti üzərində, o cümlədən Moskvaya uçan 7 PUA-nı tutub məhv edib”, – deyə Müdafiə Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, həmçinin Voronej və Leninqrad bölgələri üzərində səkkiz, Novqorod, Ryazan və Tambov bölgələri üzərində hər biri iki, Tver və Tula bölgələri üzərində isə hər biri bir pilotsuz uçuş aparatı vurulub.
E.ŞİRİNOV