Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, Rusiya Kiyevə 185 ukraynalı hərbçini qaytarıb. Əvəzində Ukrayna tərəfi də Moskvaya 185 rusiyalı hərbçini təhvil verib. Bundan əlavə, mübadilə çərçivəsində 20 dinc sakin də geri qaytarılıb. Rusiyalı hərbçilərin və mülki şəxslərin Belarusda olduğu, onlara lazımi psixoloji və tibbi yardımın göstərildiyi bildirilib.
Növbəti əsir mübadiləsinin planda olduğu bildirilir.