Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, “Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı törətdiyi qanunsuz əməlləri barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə generalı Bastrıkin Aleksandr İvanoviçə jurnalist statusundan istifadə edərək məktub göndərmişdir. Belə ki, jurnalist Bastrıkinin Komitənin saytındakı şəxsi bloquna müraciət yazaraq Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş qanunsuz əməllərlə bağlı aparılan istintaq araşdırmalarını şəxsi nəzarətinə götürülməsini xahiş etmişdir. Sitat: “Здравствуйте, уважаемый генерал Бастрыкин Александр Иванович! Мы познакомились с Вами в Баку на международной конференции Вашего друга профессора Ильхама Рагимова. Я Асиф Марзили, журналист, руководитель сайта tezadlar.az, член Европейской федерации прессы. 28 июня 2025 года сотрудники ФСБ России без постановления суда ворвались в дома азербайджанцев в Екатеринбурге и провели обыск в связи с уголовным делом, которое произошло 21 год назад, 5 человек погибли под стражей, а 10 подверглись жестоким пыткам. Прошу Вас взять расследование этого дела под личный контроль.
С уважением, Асиф Марзили”.
Bu gün komitənin saytının administrasiyasından jurnalistin məktub- müraciətinə elektron cavab gəlmişdir. “Təzadlar”qəzetinin elektron poçtuna daxil olan cavabın fotosurətini təqdim edirik. Komitə sədrinin şəxsi bloqunun adminstrasiyası sədrin adından qeyd edir ki, jurnalist Asif Mərzili (Məmmədov) həmin səhifədə qeydiyyatdan keçdiyi üçün istənilən sualın müzakirəsinə və həmin sualların cavablandırılmasına da hazırdır.
Elçin MƏMMƏDLİ
