13 Aprel 2026 / 12:20

Rusiya məhkəməsi azərbaycanlı ata və oğulu 32 il azadlıqdan məhrum etdi -İNANILMAZ

Rusiyanın Yekaterinburq şəhərinin Kirov rayon Məhkəməsi Uralda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlınskini və onun oğlu Mutvalı Şıxlınskini hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq tətbiq etməkdə təqsirli bilib. Tezadlar.az Rusiyanın E1.ru saytına istinadla xəbər verir ki, Şahin Şıxlınskiyə 9 il ciddi rejimli cəzaçəkmə müəssisəsində, oğluna isə 8 il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası təyin edilib. İstintaqın məlumatına görə, 2025-ci ilin iyulunda Şahin Şıxlınski Yekaterinburqda “Bakı Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb. Saxlanılma zamanı o, oğlunun idarə etdiyi avtomobildə olub. Silahlı qüvvələrin Şahin Şıxlınskini maşından çıxarmağa cəhd etdiyi zaman avtomobil kəskin şəkildə geriyə hərəkət edib, nəticədə FTX əməkdaşlarından biri yıxılıb. Daha əvvəl, martda Şahin Şıxlınski 2001 və 2011-ci illərdə törədilmiş qətl və qəsd işi üzrə artıq 22 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilmişdi. Ümumilikdə onun yekun cəza müddəti 24 il təşkil edib: ilk dörd ili həbsxanada, qalan hissəni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Sitat: “…«Признать Шахина Шыхлински виновным, назначить ему наказание в виде лишение свободы на 9 лет. С учетом ранее вынесенного приговора назначить ему окончательное наказание в виде лишения свободы на 24 года. Первые четыре года — в тюрьме, остальное — в исправительной колонии строгого режима. Мутвалы Шыхлински признали виновным, назначили ему наказание в виде лишения свободы на 8 лет в колонии общего режима”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!