Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların üçüncü raundu ilkin olaraq iyulun 23-ü saat 19:00-da (Bakı vaxtı ilə 20:00) baş tuta bilər.
Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” Türkiyə mənbələrinə istinadən xəbər verir.
“Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların çərşənbə günü Çırağan sarayında saat 19:00-da başlayacağı gözlənilir, lakin bu, hələ yekun məlumat deyil: tarix və vaxt dəqiqləşdirilir”, – agentliyin mənbəsi bildirib.
Daha əvvəl məlum olub ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara öz nümayəndə heyətini göndərəcək. Onların arasında böyük ehtimalla Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) rəhbəri İbrahim Kalın və ölkənin xarici işlər naziri Hakan Fidanın da yer alacağı bildirilir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya nümayəndə heyəti ilə danışıqların iyulun 23-də İstanbulda baş tutacağını bildirmişdi.
E.ŞİRİNOV