Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 20:40

Rusiya və Azərbaycan mədəniyyət nazirliklərinin əməkdaşlığına dair feyk sənəd

Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb. Tezadlar.az Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, bu saxta sənədin Nazirliklə heç bir əlaqəsi yoxdur. Bildirilib ki, Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb: “Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!