Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub.
Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Şahin Şıxlinskini iş adamı Yunis Paşayevin qətlində və Fehruz Şirinovun öldürülməsinə cəhddə günahkar bilib.
Tezadlar.az xəbər verir ki, Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.
Şıxlinski 22 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. O, bu cəzanın ilk dörd ilini həbsxanada keçirəcək.
Bundan əlavə, məhkəmə ona 350.000 rubl və zərərçəkənlərə 250.000 rubl təzminat ödəməyi tapşırıb.
Digər şəxslərə:
Akif Səfərov 21 il müddətinə ciddi rejimli koloniyada və zərərçəkənlərə 450.000 rubl təzminat cəzasına məhkum edilib;
Ayaz Səfərov 20 il müddətinə ciddi rejimli koloniyada və 350.000 rubl təzminat cəzasına məhkum edilib;
Bəkir Səfərov 10 il müddətinə ciddi rejimli koloniyada və 50.000 rubl təzminat cəzasına məhkum edilib;
Kamal Səfərov – 14 il müddətinə ciddi rejimli koloniyada və 150.000 rubl təzminat cəzasına məhkum edilib;
Məzahir Səfərov – 13 il ciddi rejimli koloniyada və 150.000 rubl təzminat cəzasına məhkum edilib;
Şucayəddin Rəcəbov – 14 il ciddi rejimli koloniyada cəza çəkməyı və 200.000 rubl təzminat ödəməyə məhkum edilib.
Onların hər biri cəzalarının ilk dörd ilini həbsxanada keçirəcək.
Qeyd edək ki, Hüseyn Səfərov və Ziyəddin Səfərov həbs zamanı ölüblər. Onlara işgəncə verilərək öldürüldüyü deyilir.
JASMİN