Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana səfər edən beynəlxalq ziyarətlər 5,6% artaraq 5,3 milyon nəfərə çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti (Geostat) məlumat yayıb. Qeyd olunur ki, yalnız üçüncü rübdə ziyarətlərin sayı 2,6 milyon olub, bu da illik 6,8% artım deməkdir. Ziyarətçilərin 23%-i Rusiya vətəndaşlarından ibarətdir. Türkiyə 18%-lə, Ermənistan isə 14%-lə ikinci və üçüncü yerlərdədir. Rusiyadan gələn ziyarətlər 12% artıb, Türkiyə və Ermənistandan gələn ziyarətlər isə azalıb. Azərbaycan sərhədlərinin bağlı olmasına baxmayaraq, bu ölkədən gələn ziyarətlər 35%, İsraildən gələnlər isə +28% artıb. Avropa İttifaqı və Birləşmiş Krallıq ümumi ziyarətlərin 7,4%-ni təşkil edib. Almaniya 16,7%, Polşa 16,3% və Birləşmiş Krallıq 8,7% ən çox ziyarət göndərən ölkələrdir. Qazaxıstandan gələn ziyarətlər 5% azalsa da, Hindistan, Ukrayna və Çindən gələn ziyarətlər müvafiq olaraq 19%, 14% və 45% artıb.
Maraqlıdır ki, Gürcüstan Rusiyanın işğalından əziyyət çəkən ölkədir, amma işğalçı ölkə vətəndaşlarının bu ölkəyə axını durmadan artır. Hətta rəsmi məlumatlar da təsdiqləyir ki, Rusiya vətəndaşları Gürcüstanda daşınmaz əmlak almaqda da maraqlıdır və bu proses davam edir.
A.Məmmədli