8 Sentyabr 2025 / 13:16

Rusiyanın agenturasına sığındığı deyilən deputat Elşad Mirbəşiroğludan nə xəbər?

Xəbər verildiyi kimi, bu ilin iyulun 24-də TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi bir sualı ilə nəinki Rusiyada, eləcə də Azərbaycanda çox qaranlıq və şübhəli məqamlara işıq saldı, aydınlıq gətirdi. Daha doğrusu, Azərbaycan bununla da dostu ilə düşmənin kimliyini tanımış oldu. Sən demə, düşmən heç Kremldə də deyilmiş, həm də burda, necə deyərlər, ocaq başında imiş…

***

Hökumət qurumlarına yaxınlığı və ya bağlılığı ilə diqqətdə olan day.az saytı 29 iyul 2025-ci il tarixdə bir sensasion material yayımlamışdı. Yazıda Rusiyaya bağlı olan bir şəbəkənin üzvü olmuş bir neçə tanınmış şəxsin adı çəkilirdi. Gəlin həmin yazıdakı bir məqama yenidən diqqət kəsilək: «…2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırıldı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi… Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi. Və bu yaxınlarda bu rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü – Azər Qasımov ifşa edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb…». Və sair…

Bəs ölkəmizin təhlükəsizliyinə birbaşa aid olan bu məsələ Dövlət Təhlükəsizlik Xidməti tərəfindən necə araşdırılır, yaxud aidiyyəti dövlət qurumları yuxarıda adı çəkilən şəxslər barədə hansı məslələri hədəfləyib, barələrində aparılan araşdırmalar hansı nəticəyə gəlinməkdədir?

Redaksiyamıza edilən suallardan biri isə bir daha diqqətimizi çəkdi: barəsində ciddi ittihamlar səsləndirilənlərdən biri də YAP üzvü, deputat Elşad Mirbəşirdir. “…O, deputatdır, Milli Məclisdə isə Azərbaycanın strateji qanunvericilik aktları müzakirə edilir, qanunlar qəbul olunur. Adı Rusiyanın məlum şəbəkəsinin  maraqlarına xidmət etməkdə hallanan və hətta Rusiya FTX ilə əlaqələri üzə çıxdığı deyilən Elşad Mirbəşir parlamentdə necə otura bilər???”.

Bəli, sual ciddidir… Cavablanmasını istəyir…

“Təzadlar” 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!