12 İyul 2025 / 12:56

Rusiyanın siyasi hakimiyyətinin mediadan təxribat silahl kimi istifadəsi və…

Rəsmi Kremlin iç üzü açılmaqdadır… “Rusiya hakimiyyəti mətbuatı, telekanalları, qəzetləri, indi isə informasiya və rəqəmsal resurslarını daim müəyyən mənada təxribatlar təşkil etmək üçün istifadə edib”,- deyən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bu, aktiv tədbirlər kimi həyata keçirilir. Sitat: “Bu təzə bir şey deyil. Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bunu aktiv tədbirlər kimi görürdülər. İndi də bu işlə ilə məşğul olurlar. Ona görə də vaxtilə biz demək olar ki, Rusiya telekanallarını bağlamışıq. İndi də bu səbəbdən “Sputnik”i qapatdıq. Burda onların nə işi var? Hər bir halda biz Rusiyanın bu fəaliyyətinin qarşısında aciz deyilik. Lazımi addımları atırıq”.

Azərbaycanın Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, “Sputnik Azərbaycan” ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib. Bunu isə sübut edən yetərli faktlar var.

Xaliq

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!