Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 08:45

Rusiyanın tanınmış politoloqu Yekaterinburq hadisələrindən dəhşətə gəlib

Yekaterinburq hadisələri dünya mediasında müzakirə edilməkdədir. Belə ki, Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətləri nəticəsində iki azərbaycanlının öldürüldüyü, daha üç nəfərin isə reanimasiyaya yerləşdirildiyi Yekaterinburq hadisələrini şərh edib. Tezadlar.az xəbər verir ki, bu barədə o, özünün telegram-kanalında bildirib.

“Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır”, – deyə S.Markov vurğulayıb. Markov belə hadisələrin ictimaiyyətin haqlı hiddətinə səbəb olduğunu qeyd edib və obyektiv araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!