Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Noyabr 2025 / 20:16

Rusiyanın taxılı ilə yüklü qatar Azərbaycandan keçərək Ermənistana getdi

Bu gün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb. Tezadlar.az xəbər verir ki, Ağstafada Böyük Kəsik Dəmiryol Stansiyasından yola salınan qatar öncə Gürcüstana, oradan da Ermənistana gedəcək. Hansı ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Xatırlatma: Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!