Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya silahlı qüvvələri Zaporojye vilayətinin Kamışevaxa kəndinə havadan bombardmanlar təşkil edib. Hücum nəticəsində ölən və xəsarət alanlar olub.
Tezadlar.az bildirir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəisi İvan Fedorov özünün Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, ruslar kəndə dörd hücum təşkil ediblər. Bir nəfər həlak olub.
Bundan əlavə, son məlumatlara görə, Rusiya hücumu nəticəsində ən azı 10 nəfər yaralanıb. Onların arasında səkkiz qadın və iki kişi var.
“Altı nəfər hazırda xəstəxanalarda müayinə olunur, dörd nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib”, – Fedorov əlavə edib.
O, həmçinin Rusiyanın Kamışevaxaya hücumunun nəticələrinin fotosunu dərc edib.
Rusiyanın Ukraynadakı hücumları
Ruslar Dneprdə çoxmərtəbəli binaya hücum ediblər. Rusların pilotsuz təyyarəsi 16 mərtəbəli binaya hücum edərək onu qismən məhv edib. Hücum nəticəsində yanğın baş verib.
14 yaşlı qız da daxil olmaqla, yeddi nəfərin öldüyü bildirilir.
Bundan əlavə, ruslar Krivoy Roqa dronlar və ballistik raketlərlə hücum ediblər. Yaşayış binalarına və infrastruktur obyektlərinə zərbələr endirilib. Yaralananlar arasında üç uşaq da var.
E.ŞİRİNOV