6 Noyabr 2023 / 12:35

RUSLARIN QƏZZA ZOLAĞINDAN TƏXLİYƏSİ İLƏ BAĞLI HƏLƏLİK HEÇ BİR İRƏLİLƏYİŞ YOXDUR

Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsi ilə bağlı hələlik heç bir irəliləyiş yoxdur.

Bu barədə Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliyə Zaripova məlumat verib.

“Hələlik hər şey əvvəlki kimidir” deyən Zaripova müvafiq suala cavab verib: “Qəzza zolağında vəziyyət çətindir”.

Daha əvvəl Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi bildirmişdi ki, Qəzza zolağından təxliyə olunmaq üçün Rusiya siyahısında 900-dən çox adam var ki, onlardan 500-dən çoxu ruslardır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!