27 Fevral 2026 / 08:45

Rusların raket zərbəsi altında olan Xarkovda Xocalı qurbanları xatırlandı- FOTOLAR

Ötən gün Xarkov şəhərində Azərbaycan fəxri konsulluğu Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirib, faciə qurbanları yad edilib. Sonra ermənilərin törətdiyi qırğınları əks etdirən foto və videokadrlar nümayiş etdirilib…

Tezadlar.az xatırladır ki, bu barədə Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu məlumat paylaşıb.

Maraqlı məqam ondan ibarətdir ki, ermənilər 1992- ci ilin fefvalın 25-dən 26- na keçən gecə Xocalıda törədilən qırğında məhz Qarabağda yerləşdirilmiş 366-cı rus hərbi bazasının texnikalarından və canlı qüvvəsindən istifadə etmişdir… Bu gün həmin rus ordusu Ukraynada, o cümlədən Xarkovda qırğınlar törədir…

A.Məmmədli

IMG
IMG
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!