Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ryazan sakini Ukrayna hərbi kəşfiyyatı üçün Rusiya təhlükəsizliyinə xələl gətirə biləcək məlumat toplamağa cəhd etdiyi üçün məhkum edilib.
Tezadlar.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
55 yaşlı Azərbaycan vətəndaşı “WhatsApp” və “Signal” vasitəsilə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayaraq kəşfiyyat məlumatları toplamış, lakin FSB əməkdaşları tərəfindən dayandırılmışdır.
Ryazan vilayət məhkəməsi onu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməsi səbəbi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə azadlıqdan məhrum edib.
Cinayət işi xarici dövlətlərlə əməkdaşlıq maddəsi ilə açılıb və FSB həbsin videosunu ictimaiyyətə təqdim edib.