Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 23:01

Rza Pəhləvi Xameneini istefa verməyə çağırdı- TƏCİLİ

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu Rza Pəhləvi bu gün Fransada İran xalqına müraciət edib. Tezadkar.az xatırladır ki, Canlı efirdə İran xalqını uzun illərdir Xamenei rejimindən xilas olmağa səsləyən Pəhləvi sonda Xameneiyə müraciət edib: “Bu sizin sonuncu şansınızdır ki, İran xalqına rəhm edin, istefa verin, bu xalq yazıqdır…”.

Pəhləvi sonda Xameneiyə xatırladıb ki, əgər cəhənnəm əzabını yaşamaq istəmirsə, təcili istefa verib getsin.

Pəhləvi, eləcə də İranın hərbi rəhbərliyinə müraciət edərək bildirib ki, Xamenei rejiminə son qoymaqda irəli dursunlar, keçmişin səhvlərini təkrar etmədən İranın demokratik dəyərlərə sahib olan ölkə kimi inkişaf etməsinə kömək etsinlər.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!