9 Noyabr 2024 / 04:03

ŞƏMKİRDƏ HEÇ NƏDƏN DAVADA ÖLƏN OLDU

Ötən gün Şəmkirdə baş verən dava nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Tezadlar.az xəbər verir kii öldürülən Şəmkir şəhər sakini 1995-ci il təvəllüdlü A.Süleymanov adlı şəxsdir.. Və  bıçaq xəsarətləri alanlar 1986-ci il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədovdur. Hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Qanla bitən dava məişət xarakterli mübahisədən qaynaqlanıb. Təəssüf ki, davakarları aralaşdıran və sakitləşdirən olmayıb…
ELBAR

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!