Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


…Sabiq prezident Mixail Saakaşvilinin əfv edilməsi məsələsi hələ də aktual olaraq qalır…
“Mən Mixeil Saakaşvilini əfv etməkdən imtina etməmişəm. Mən kimisə əfv edəcəyəm demirəmsə, demək ki o əfv barədə şərh vermirəm.”, – deyən Gürcüstanın prezidenti Salome Zurabişvili “Azadlıq” radiosuna müsahibəsində belə açıqlamq verib. O, Saakaşvili ilə birgə keçmiş bir sıra siyasi liderlərin Gürcüstanın Avropa yolunda xidmətləri olduğunu bildirib: “Gürcüstanın bu yola (avropa yoluna) salınmasında nəinki onun, hətta Şevardnadzenin də böyük rolu olub. Qapını ilk açan o olub. Baş rolu bir neçə gün əvvəl 60 illik yubileyi qeyd olunan Zurab Jvaniya oynayıb. Hər kəsin yadındadır ki, o, birinci bəyan edib: “Mən gürcüyəm, mən avropalıyam”. Bütün bu şəxslər, bütün bu hökumətlər və idarələr öz rolunu oynadılar. Təəssüf ki, Gürcüstanda çox yaxşı başlayan hökumətlər sonra bir az avtokratikləşməyə yönəlməyə meyllidirlər”, – deyə prezident vurğulayıb.
Tezadlar.az xatırladır ki, Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilib. Salome Zurabişvili isə bundan öncəki müsahibələrində Saakaşvilini heç vaxt əfv etməyəcəyini söyləyib. Mixeil Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Üçüncü prezident həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Mixel Saakaşvili təqsirini boynuna almır və o, Rusiyanın əli ilə siyasi təqiblərə məruz qaldığını bildirir.