Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Sabiq prezident Mixeil Saakaşvili keçmiş baş nazir Qiorgi Qaxariya ilə bağlı sosial şəbəkədə sərt açıqlama verib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Saakaşvili Qaxariyanı Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli və hazırkı hakimiyyətin rəhbəri Bidzina İvanişvilinin layihəsi adlandırıb. Sitat: “Gaxariya həmişə Rusiyanın rəsmi agenti və İvanişvilinin layihəsi olub”.
Qaxariyanın siyasi keçmişini şərh edərək bildirib ki, keçmiş baş nazir Rusiyaya karyera qurmağa getdiyi zamanlar Tbilisi ilə Moskva arasında münasibətlər çox gərgin idi. Onun sözlərinə görə, Qaxariyanın Rusiyada karyerasının zirvəsi 2008-ci ildən sonrakı dövrə təsadüf edir: “Heç kim düşünmür ki, Qaxariya necə oldu ki, İvanişvilinin yanında yüksək vəzifələrə gətirildi? Niyə rus deputat Qavrilovu qorumaq üçün gürcülərin gözünü çıxarırdı? Niyə sonra onu sakitcə Almaniyaya buraxdılar?” – deyə Saakaşvili bildirib. Saakaşvili həmçinin qeyd edir ki, Qaxariyanın və tərəfdarlarının parlamentə qayıdışı əvvəlcədən planlaşdırılmış bir razılaşmanın nəticəsidir: “İvanişvili əsl siyasi prosesi məhv etdikdən sonra, ictimai narazılığı imitasiya edən bir müxalifətə ehtiyac duyurdu. Qaxariya isə bu məqsədə xidmət edir”, – deyə o bildirib. Sabiq prezident Gürcü cəmiyyətinin bir hissəsinin “siyasi sadəlövhlüyündən” də narazılığını ifadə edib və qeyd edib ki, bu vəziyyətdə Qaxariyanın “utanmazlığı və yalançılığı” onun “Gürcü Arzusu” ilə əsas ortaq xüsusiyyətidir.
Sonda Saakaşvili bildirib ki, İvanişvili bu yolla siyasi vaxt qazanmağa çalışır, lakin cəmiyyət buna imkan verməməlidir.
Sabiq baş nazir isə hələki bu ittihamlara cavab verməyib.
A.Məmmədli