25 Sentyabr 2025 / 21:15

Saatlıda 68 yaşlı kişi avtomobilində ölü tapılıb

Saatlıda kişi avtomobildə faciəvi şəkildə ölüb.

Tezadlar.az-ın əldə etdiyi məlumata görə, hadisə səhər saat 8 radələrində Hacıqabul-Horadiz magistral yolunun Qaracalar kəndi hissəsində baş verib.

68 yaşlı Bəşirov Rabil Habil oğlu özünə məxsus “VAZ-2109” markalı avtomobilin içərisində “jqut”la (elastik kəndir) boğularaq ölüb. Hadisənin necə baş verməsi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!