Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 17:23

Sabah bu ərazilərdə 3 saat işıq olmayacaq

Naxçıvanda bəzi kənd və yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Bu barədə Tezadlar.az -a Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən məlumat verilib.

Bildirilib ki, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir işləri aparılacaq.

Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar olaraq, Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Təmir işləri ilə bağlı 10 kV-luq Su kəməri, Kərimbəyli, Zeynəddin, Sirab kənd, Sirab zavod, Kosmos, Göynük və Quşçuluq hava elektrik verilişi xətlərində gərginlik olmayacaq.

Qeyd olunan xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd, Sirab zavod, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq. Sakinlərdən yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!