Bakı Ali Neft Məktəbi artıq 3-cü ildir ki, “Sabahın alimləri” Respublika Layihə Müsabiqəsinə ev sahibliyi edir və bundan böyük məmnunluq duyuruq.
Bu müsabiqə gənclərimizin elmi potensialının üzə çıxarılması və innovativ düşüncəsinin inkişafı baxımından əhəmiyyətlidir.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb.
“Ötən gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinin rektorları ilə birgə finalçıların layihələri ilə tanış olduq.
Həqiqətən çox möhtəşəm, innovativ və gələcəyə yönəlmiş layihələr təqdim olunur. Bütün iştirakçılara uğurlar arzulayır, ideyalarının böyük elmi nailiyyətlərə çevrilməsini diləyirəm”,- deyə rektor qeyd edib.
Y.Məmmədli